IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
IV İslam Həmrəyliyi Oyunlarının maskotları

İncə və Cəsur Azərbaycanın milli sərvəti olan Qarabağ atlarıdır. İncə zəriflik və gözəlliyi, Cəsur isə məharət və mərdliyi təcəssüm etdirirlər. Bu atlar İslam Həmrəyliyi Oyunlarının rəmzidir.

İncə
İncə özündə məlahət və incəlik kimi keyfiyyətləri əks etdirir. O, adət-ənənələri və milli dəyərləri təmsil edir və eyni zamanda geniş dünya görüşünə malikdir.

Cəsur
Cəsur mərd, məharətli və məqsədyönlüdür. Bütün Qarabağ atları kimi müstəqilliyi və əminliyi ilə seçilir. O, mükəmməlliyin timsalıdır, çünki qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün əlindən gələni edir. Cəsur mehribanlığı ilə tanınır və hamıya qarşı dostyana münasibət bəsləyir.


https://www.baku2017.com/az/p/maskotlar

Xəbər 6775 dəfə oxundu.