Azərbaycanın yeniyetmə və gənc taekvondoçuları Türkiyədəki beynəlxalq turnirdə 7 medal qazanıblar
Azərbaycanın taekvando üzrə milli komandasının üzvləri Türkiyədə keçirilən beynəlxalq turnirdə uğurla çıxış edərək 1-i qızıl, 3-ü gümüş və 3-ü bürünc olmaqla, ümumilikdə yeddi medal qazanıblar. Bu uğura komandamız Antalyada keçirilən taekvando üzrə “Turkish Open” beynəlxalq turnirində nail olub.

Yeniyetmələrdən ibarət yığmamızın idmançıları - 37 kiloqram çəki dərəcəsində mübarizə aparan Aysu Məmmədova gümüş, Pərviz İsgəndərov (45 kq) isə bürünc medala sahib olublar.

Dayanq üzərinə çıxmış taekvando üzrə gənclərdən ibarət yığmamızın üzvlərindən Ayaz Qənbərli (51 kq) bütün rəqiblərini yarışdan kənarlaşdıraraq komandamızın aktivinə qızıl medal əlavə edib. Mehriban Məmmədova (44 kq) və Orxan Tağızadə (78 kq) isə finalda məğlubiyyətlə üzləşərək gümüş medalla kifayətləniblər. Minayə Əkbərova (42) və Sevda Pirseyidova (44 kq) turnirdə bürünc medal qazanıblar.

Qeyd edək ki, “G-2” kateqoriyalı “Turkish Open” beynəlxalq turnirində yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandamız tam heyətlə təmsil olunur.

Xəbər 760 dəfə oxundu.