Azərbaycan cüdoçuları “Böyük dəbilqə” turnirində 3 medal qazanıblar
Fevralın 12-də Parisdəki Accorhotels Arenada keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri başa çatıb.

Azərbaycan millisi bu idman üzrə ən mötəbər hesab olunan Paris turnirində 3 medal qazanıb.

Elxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Hidayət Heydərov (73 kq) beynəlxalq turnirin bürünc medalına sahib olublar.

İki gün davam edən yarışlarda 63 ölkədən 459 idmançı mübarizə aparıb. Turnirdə ölkəmizi 7 idmançı təmsil edib.

AZƏRTAC

Xəbər 747 dəfə oxundu.