Parisdə cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri davam edir
Parisdə cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turnirinin ikinci günündə - fevralın 12-də atletlərimiz 100 və 100 kiloqramdan yuxarı çəki dərəcələrində birincilik uğrunda mübarizə aparacaqlar.

Turnirdə 100 kiloqramdan yuxarı çəki dərəcəsi üzrə yarışın təsnifat qrupunun birinci raundunda Kokauri Uşangi koreyalı Kim Kyeonqtae qarşılaşacaq. Elmar Qasımov (100 kq) isə ikinci raundda portuqaliyalı Fonseka Xorxe ilə üz-üzə gələcək.

Digər cüdoçumuz Elxan Məmmədovun isə rəqibi hələ məlum deyil.


Xatırladaq ki, turnirin birinci günündə atletlərimiz üç bürünc medal qazanıblar.

AZƏRTAC

Xəbər 902 dəfə oxundu.