“Kəpəz”də zədəlilər sağaldı
Topaz Premyer Liqasının XVIII turunda Gəncə şəhər stadionunda “Qarabağ” ilə qarşılaşacaq “Kəpəz” rəqib önünə itki ilə çıxacaq. “Zirə”yə qarşı oyunda qırmızı vərəqə alaraq cəzalı duruma düşən Renan Da Silvanın cəza müddəti bitmədiyindən braziliyalı bu matçı da buraxacaq.

“Sarı-göylər”in zədəliləri Tural Axundov ilə Şəhriyar Əliyevin zədəsi isə sağalıb və onlar komanda ilə birlikdə Gəncəyə gəliblər.

Xəbər 693 dəfə oxundu.