Əvəzedicilərdən növbəti qələbə
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XVIII tura start verilib. Tur çərçivəsində “Kəpəz” Yevlaxda “Qarabağ”ı qəbul edib. Qapılara 5 qolun vurulduğu matç gəncəlilərin qələbəsi ilə nəticələnib – 3:2.

11 fevral (şənbə)
“Kəpəz” 3-2 “Qarabağ”
(Şəfi Bağırov, 7; Eltac Muradov, 20; Fərid Məmmədov, 74 // Vüqar Nadirov, 29; Elgün Nəbiyev, 71)
Hakimlər: Teymur Fərhadov, Ruslan Nəsibov, Ruslan Quliyev, Vüqar Həsənli
Hakim-inspektor: Sabir Mütəllimov
Yevlax şəhər stadionu, 14:00

Xəbər 781 dəfə oxundu.