“Böyük dəbilqə” turnirinin ilk günündə cüdoçularımız üç medal qazanıblar
Fevralın 11-də Parisdə Accorhotels Arenada cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri başlayıb.

İki gün davam edəcək turnirdə 63 ölkədən 459 idmançı mübarizə aparır. Yarışın ilk günündə dörd cüdoçumuz mübarizəyə qoşulub və millimiz 3 medal qazanıb.

Elxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Hidayət Heydərov (73 kq) beynəlxalq turnirin bürünc medalına sahib olublar.

Turnirin ilk gününün nəticələrinə görə, Azərbaycan millisi səkkizinci pillədə qərarlaşıb. Hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc medal olan Yaponiya yığması ümumi komanda hesabında birincidir. Koreya Respublikası (2-1-0) ikinci, Kosovo millisi (1-0-1) isə üçüncü pillədə yer alır.

Xəbər 909 dəfə oxundu.