Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə dünya kuboku iştirakçılarının sınaq məşqi keçirilib
Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarının iştirakçılarının sınaq məşqi keçirilib.

Paytaxtımıza təşrif buyuracaq 85 batutçu və tamblinqçi fevralın 18-19-da 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə apararaq öz qüvvələrini sınayacaq. Yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Azərbaycanı batut yarışlarında fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makştarova, Veronika Zemlyanaya və tamblinq cığırında Mixail Malkin təmsil edəcəklər

Xəbər 810 dəfə oxundu.