Parisdə cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri başlayıb
Parisdə ACCORHOTELS Arenada cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri başlayıb.

Turnirdə 63 ölkədən 459 cüdoçu birincilik uğrunda mübarizə aparır.

Yarışın ilk günündə cüdoçularımızın rəqibləri müəyyənləşib. Belə ki, Elxan Səfərov (60 kq) koreyalı İn-Xyuk Çoi, Nicat Şıxəlizadə (66 kq) Çin cüdoçusu Daha Qinq, Rüstəm Orucov qazaxıstanlı Eldos Jumaxanov və Hidayət Heydərov (hər ikisi 73 kq) isə Kvok-Vinq Li (Honkonq) ilə qarşılaşacaq.

Xəbər 738 dəfə oxundu.