Böyükağa Hacıyev: “Hər şey göz qabağında idi”
“Komandam bu gün yaxşı təsir bağışladı. İlk hissədə erkən qol vurmağımız da xeyrimizə oldu”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib. O, vaxtilə çempion etdiyi “Bakı” ilə oyundakı 3:1 hesablı səfər qələbəsinin daha böyük olmamağını arxayınçılıqla əlaqələndirib:

“İlk hissədə 3 qol vursaq da, fasilədən sonra komandada arxayınçılıq var idi. Ancaq yenə də komandamın oyunundan razı qaldım. Əsasən də gənc futbolçuların oyununu bəyəndim. "Neftçi" haqda çox danışmaq istəmirəm. Hər şey göz qabağında idi”.

Xəbər 1118 dəfə oxundu.