Rövnəq Abdullayev: Azərbaycanda cüdo ailəsinin böyüklüyü idmanın bu növünə marağın göstəricisidir
Dünya cüdo ailəsinin üzvlərini Azərbaycan Mədəniyyət Mərkəzində görməkdən çox şadıq. Azərbaycanda cüdo ailəsinin üzvlərinin sayının çox olması ölkəmizdə idmanın bu növünə böyük marağın göstəricisidir.

Bu sözləri cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri ərəfəsində Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə ölkəmizin Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev müsahibəsində deyib.

R.Abdullayev bildirib ki, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ölkəmizdə idmana daim yüksək diqqət və qayğı göstərir. Buna görə də Azərbaycanda idman sürətlə inkişaf edir.

Cari ilin martında Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turnirinin keçiriləcəyini vurğulayan federasiya prezidenti qeyd edib: “Bu gün dünya cüdo ailəsinin bütün üzvləri Azərbaycan Mədəniyyət Mərkəzində toplaşıb. Azərbaycan cüdoçularının bu ailədə xüsusi yeri var. Cüdoda yeddi çəki dərəcəsindən üçü üzrə ən yüksək yerlər Azərbaycan idmançılarına məxsusdur. “Böyük dəbilqə” beynəlxalq turniri bu ilin ən güclü turniridir. Azərbaycan cüdoçuları da birincilik uğrunda mübarizə aparacaqlar. Əminəm ki, cüdoçularımız bu turnirdə yaxşı nəticələr göstərəcəklər. Qoy, ən güclü atlet qələbə çalsın”.

AZƏRTAC

Xəbər 778 dəfə oxundu.