“Neftçi”nin ölkə çempionatlarında 500-cü səfər qolu
“Neftçi” komandasının Topaz Premyer Liqasının XVII turu çərçivəsində “İnter” üzərində səfər qələbəsi klub üçün əlamətdar olub.

Paytaxt təmsilçisinin heyətində çıxış edən çilili legioner İqnasio Herreranın matçın 58-ci dəqiqəsində vurduğu top “Neftçi”nin Azərbaycan çempionatları tarixində rəqib meydanlarında 500-cü qolu olub. 1992-ci ildən keçirilən ölkə çempionatlarında “Neftçi”nin vurduğu 500 səfər qolu 351 matçda qeydə alınıb. Flaqman səfərdə ən çox qol vuran komandadır.

Xatırladaq ki, “İnter”-“Neftçi” görüşündə qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.

Xəbər 813 dəfə oxundu.