“Sürətdə "Neftçi"yə uduzurduq”
“Təəssüf ki, erkən qol buraxdıq. İkinci qol əks hücumdan, üçüncü top isə standart vəziyyətdən qapımıza vuruldu”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Bakı” klubunun baş məşqçisi Aleksandr Starkov deyib. Latviyalı mütəxəssis Unibank Premyer Liqasının XIX turunun “Neftçi” ilə oyunundakı 1:3 hesablı məğlubiyyətin səbəbini açıqlayıb:

“Sürətdə "Neftçi"yə uduzurduq. Yenə də komandam ikinci hissədə özünü toparlaya bildi və hətta bir qol da vurmağa nail olduq. Məğlubiyyətə erkən qol səbəb oldu. Komandanın heyətində olan yerli futbolçular da yaxşı təsir bağışladılar. Yeni gələn legionerlərə isə bir qədər vaxt lazımdır”.

Xəbər 888 dəfə oxundu.