Conatan Klinsmann ABŞ-ın gənclərdən ibarət yığmasına çağırılıb
Dünya və Avropa çempionu, Almaniya və ABŞ millilərinin keçmiş baş məşqçisi Yürgen Klinsmannın oğlu Conatan Klinsmann CONCACAF çempionatında iştirakı üçün ABŞ-ın gənclərdən ibarət yığmasına çağırılıb.

ABŞ-ın gənclər yığmasının baş məşqçisi Tab Ramos Kaliforniya Universitetinin komandasında çıxış edən Klinsmannı turnirdə oynayacaq 20 futbolçu siyahısına daxil edib.

Yarış fevralın 17-dən martın 5-dək Kosta-Rikada keçiriləcək.

Y.Klinsmanna gəlincə, almaniyalı mütəxəssis 2011-ci ildən 2016-cı ilədək ABŞ yığmasını çalışdırıb.

Xəbər 917 dəfə oxundu.