“Qarabağ”ın tarixində yeni rekord
Ağdamın “Qarabağ” futbol klubu tarixinin yeni rekordunu müəyyənləşdirib.

Komanda evdəki məğlubiyyətsizlik seriyasında Premyer Liqadakı ən yaxşı nailiyyətinə imza atıb. Qurban Qurbanovun yetirmələri buna Topaz Premyer Liqasının XVII turunun “Zirə” ilə matçında nail olublar. Matçda 2:0 hesabı ilə qalib gələn “Qarabağ” öz meydanındakı yenilməzliyini 32 oyuna çatdırıb. Ağdamlılar sonuncu dəfə 2015-ci il fevralın 28-də doğma meydanda uduzub. Həmin vaxt “Qəbələ”yə 0:1 hesabı ilə məğlub olan Q.Qurbanovun yetirmələri arxada qalan 2 il ərzində evdə 26 qələbə qazanıb və 6 heç-heçə ediblər.

Bununla da “Qarabağ” klubu tarixinin rekordunu arxada qoyub. Ağdamlılar 1992-1993-cü illərdə ardıcıl 31 ev oyununda uduzmamışdı. Bu, ümumilikdə Azərbaycan futbolu tarixində 7-ci nəticənin təkrarıdır.

Xəbər 907 dəfə oxundu.