El-1 döyüş növü üzrə Bakı kuboku yarışlarına yekun vurulub
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Şağan Olimpiya İdman Kompleksində El-1 döyüş növü üzrə paytaxt kuboku yarışlarına yekun vurulub.

Yarış 6 yaş kateqoriyası üzrə keçirilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Səbuhi Əliyev, Emil Əsədov, Rəvan Qarayev, Təbriz Bəylərov, Çərkəz Sadıqov, Elsevər İbrahimov, Xəqani Həşimli, Vüqar Paşazadə, Tural Əsgərov, Rahid Məmmədov, Ümid Məhərrəmli, Nurlan Həsənli, Turan Əliyev, Nail Cəfərli, Yaşar Əsgərov və Kənan Qənbərli qızıl medal qazanıblar.

Yarışı Milli Məclisin deputatı Ağacan Abiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyev, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov da izləyiblər.

Yarışın sonunda qaliblər mükafanlandırılıb və xatirə şəkli çəkdirilib.

Xəbər 1609 dəfə oxundu.