Stolüstü tennisçilərimiz “Çexiya Open” çempionatının şəxsi oyunlarının qalibi oldu
Fevral;n 8-dən 12-dək Çexiyanın Xodonin şəhərində keçirilən Beynəlxalq Stolüstü Tennis Federasiyasının reytinq yarışlarına daxil olan “Çexiya Open” çempionatında şəxsi oyunlar artıq başa çatmışdır . 36 ölkədən 301 idmançının qatıldığı çempionata oğlan tennisçilərimiz birinci və ikinci yerə sahib olaraq qızıl və gümüş medal qazanmışlar.

Tennisçilərimiz dörddə bir finalda Danimarka və yarımfinalda Almaniya idmançısına qalib gələrək finala çıxaraq I və II yerlərin sahibi olmuşlar.


Xəbər 2912 dəfə oxundu.