UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədlərin yekun siyahısı müəyyənləşib
UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədlərin yekun siyahısı müəyyənləşib.

UEFA-nın aprelin 5-də Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək konqresində İcraiyyə Komitəsinə seçilmək uğrunda 8 yer üçün 13 namizəd mübarizə aparacaq.

AFFA-nın baş katibi Elxan Məmmədovun da daxil olduğu namizədlərin siyahısında Zbigniev Boniek (Polşa), Kairat Boranbayev (Qazaxıstan), Con Delaney (İrlandiya), Armand Duka (Albaniya), David Gill (İngiltərə), Reinhard Grindel (Almaniya), Marios N. Lefkaritis (Kipr), Karl-Erik Nilsson (İsveç), Kieran O’Konnor (Uels), Miçele Uva (İtaliya), Miçael van Praag (Niderland) və Servet Yardımcı (Türkiyə) yer alıblar.

Xəbər 1066 dəfə oxundu.