“Sumqayıt” klubu “Kəpəz”ə qalib gələrək turnir cədvəlində bir pillə irəliləyib
Fevralın 9-da oynanılacaq daha iki oyunla futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulacaq.

İkinci qarşılaşma günündə ilk olaraq meydana turnir cədvəlinin qonşuları çıxıblar. Sumqayıtda eyniadlı komanda Gəncənin “Kəpəz” klubunu qəbul edib. Oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb - 3:1.

“Sumqayıt” Sergey Çernışev (6), Azər Salahlı (28), Məhəmməd Qurbanovun (61) qolları ilə qələbəni rəsmiləşdirib. “Kəpəz”in heyətində isə Kərim Diniyev 71-ci dəqiqədə yalnız təsəlli qolu ilə yadda qalıb.

Beləliklə, qalibiyyət nəticəsində xal hesabını 22-ə çatdıran Samir Abasovun komandası turnir cədvəlində dördüncü pilləyə irəliləməyi bacarıb. “Kəpəz”in isə 15 xalla altıncı yerdəki mövqeyini dəyişməyib.

Xəbər 832 dəfə oxundu.