IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarında iştirak edəcək heyət yaxın günlərdə bəlli olacaq
IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarında iştirak edəcək Azərbaycanın kişi və qadınlardan ibarət milli yığma komandaları bir neçə vaxtdır ki, “ABU Arena” idman kompleksində hazırlıqlara başlamışdır.

Azərbaycan Həndbol Federasiyasının verdiyi məlumata görə, kişilərdən ibarət komandaya yeni idmançıların cəlb olunması üçün dünən saat 19-00-da təlim-məşq toplantısı keçirilmişdir. Yaxın günlərdə komandada iştirak edəcək heyət müəyyənləşəcəkdir.

Hər gün davam etdirilən hazırlığın yüksək səviyyədə keçirilməsi üçün federasiyanın prezidenti Saleh Məmmədov xüsusi diqqət və qayğı göstərir.


Xəbər 925 dəfə oxundu.