Həndbol üzrə qadınlardan ibarət “Azəryol” komandası Polşanın Elblak şəhərinə yola düşüb
Bu gün həndbol üzrə qadınlardan ibarət “Azəryol” (keçmiş ABU) komandası Polşanın Elblak şəhərinə yola düşüb.

Azərbaycan Həndbol Federasiyasının verdiyi məlumata görə, Hala Sportowo Widowiskowa Elblag arenasinda baş tutacaq 2 görüş “Challenge Cup” kubokun səkkizdəbir final mərhələsi çərçivəsində keçiriləcəkdir. Həndbolçularımız Polşanın “Kram Start Elblag” klubu ilə görüşəcəkdir. İlk oyun 10fevral yerli vaxtla saat 18-00-da, növbəti oyun isə 11 fevral yerli vaxtla saat 16-00-da başlayacaqdır Nəzərdə tutlan hər iki oyunda “Azəryol” klubunun 14 idmançısı iştirak edəcəkdir.

Xəbər 1213 dəfə oxundu.