Çempionlar Liqası: “Azərreyl” klubu “Sen-Rafael”i qəbul edəcək
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan Bakının “Azərreyl” klubu bu gün növbəti oyununu keçirəcək.

Bakı təmsilçisi Azərbaycan Voleybol Mərkəzində Fransanın “Sen-Rafael” komandasını qəbul edəcək. Görüşün baş hakimi isveçrəli Kristian Volf olacaq. Ona həmkarı İqor Porvaznik (Slovakiya) kömək edəcək.

Qeyd edək ki, görüş saat 18:00-da başlayacaq.

Xəbər 1517 dəfə oxundu.