İspaniya Kral Kubokunun finalında “Barselona” ilə “Alaves” üz-üzə gələcək
Fevralın 9-da futbol üzrə İspaniya Kral Kubokunun digər finalçısı müəyyənləşib.

Turnirin yarımfinalında “Selta Viqo”nu 1:0 (ilk oyun 0:0) hesabı ilə məğlub edən “Alaves” komandası finala vəsiqə qazanıb. “Alaves”in finala yüksəlməsini təmin edən yeganə qolu matçın 82-ci dəqiqəsində Edqar Antonio Mendez vurub.

Turnirin digər finalçısı ötən gün “Atletiko Madrid”i mübarizədən kənarlaşdıran “Barselona”dır. Səfərdə - Madriddə 2:1 hesabı ilə qalib gələn kataloniyalılar “Nou Kamp”da 1:1 hesablı heç-heçə edərək finala yüksəliblər.

İspaniya Kral Kubokunun final matçı mayın 27-də keçiriləcək.

Xəbər 901 dəfə oxundu.