“Qarabağ” “Zirə”yə qalib gələrək liderliyini qoruyub
Fevralın 8-də futbol üzrə Topaz Premyer Liqasında XVII tur çərçivəsində lider “Qarabağ” paytaxt təmsilçisi “Zirə”ni qəbul edib.

Oyunda ağdamlılar 2:0 hesabı ilə qalib gəliblər.

Qarşılaşmaya hücumlarla başlayan Ağdam klubu 13-cü dəqiqədə Əfran İsmayılovun dəqiq zərbəsi ilə hesabı açıb. İkinci hissənin əvvəlində - 47-ci dəqiqədə isə Dino Ndlovu adını tabloya yazdırıb – 2:0. Oyun bu hesabla da başa çatıb.

Bu oyundan sonra “Qarabağ” komandası “Qəbələ”ni bir xal üstələyərək turnir cədvəlindəki liderliyini qoruyub. “Zirə” 21 xalla dördüncü, AZAL isə 8 xalla sonuncu - səkkizinci sıradadır.

Turun digər görüşləri fevralın 9-da oynanılacaq. “Sumqayıt” komandası “Kəpəz”i, “İnter” isə “Neftçi”ni qəbul edəcək.

Xəbər 877 dəfə oxundu.