Filipp Lam mövsümün sonunda karyerasını başa vuracaq
Münxenin “Bavariya” futbol klubunun kapitanı Filipp Lam mövsümün sonunda peşəkar karyerasını başa vuracağını açıqlayıb.

Bu barədə Almaniyanın çempion komandasının mətbuat xidməti məlumat yayıb. Artıq futbolçu qərarı ilə bağlı klub rəhbərliyini də xəbərdar edib. Lam ona Münxen təmsilçisində idman direktoru postunda işləmək təklifini də qəbul etməyib. 2001-ci ildən “Bavariya”da forma geyinən 33 yaşlı oyunçunun klubu ilə müqaviləsi 2017/2018-ci il mövsümünün sonunadək nəzərdə tutulub.

O, doğma komandası ilə 7 dəfə Bundesliqa, 6 dəfə ölkə kuboku, 3 dəfə Almaniya Superkubokunu qazanmaqla yanaşı, UEFA Çempionlar Liqası və Superkuboku, eləcə də klublararası dünya çempionatının qalibi olub. 2014-cü ildə Bundestimin heyətində dünya çempionu tituluna sahib olan Lam millidəki karyerasını da başa vurub.

Xəbər 904 dəfə oxundu.