Rivaldonun oğlu Rivaldinyo karyerasını Rumıniyada davam etdirəcək
Braziliya futbolunun məşhur siması sayılan Rivaldonun oğlu Rivaldinyo yeni kluba transfer olub.

İyirmi bir yaşlı hücumçu peşəkar karyerasını Rumıniyada davam etdirəcək. Buxarestin “Dinamo” klubunun rəsmi saytının məlumatında bildirib ki, gənc hücumçu ilə yaxın günlərdə 2020-ci ilin yayınadək müqavilə imzalanacağı nəzərdə tutulub.

Braziliyanın “B” seriyasındakı “Paysandu” komandasında forma geyinən sambaçı daha əvvəl karyerası ərzində “Boavişta”, “Mogi Mirim” kimi klublarda da çıxış edib.

Xəbər 882 dəfə oxundu.