“Sumqayıt” Azərbaycanın U-21 millisinin kapitanı ilə müqavilə imzalayıb
Transfer fəaliyyətini davam edən “Sumqayıt” futbol klubu daha bir futbolçunu heyətinə qatıb. Komanda Azərbaycanın U-21 millisinin kapitanı Bəhlul Mustafazadəni “Qəbələ”dən ilyarımlıq icarəyə götürüb.

20 yaşlı mərkəz müdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb. O, növbəti mövsümün sonuna qədər 13 nömrəli formada icarə əsasında “Sumqayıt”da çıxış edəcək.

Xəbər 718 dəfə oxundu.