“Azərreyl”-“Sen-Rafael” oyununun hakimləri müəyyənləşib
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan Bakının “Azərreyl” klubunun növbəti oyununun hakimləri müəyyənləşib.

Azərbaycan Voleybol Mərkəzində Fransanın “Sen-Rafael” komandasını qəbul edəcək “Azərreyl”in görüşündə baş hakim isveçrəli Kristian Volf olacaq. Ona həmkarı İqor Porvaznik (Slovakiya) kömək edəcək.

Qeyd edək ki, fevralın 9-da keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Xəbər 576 dəfə oxundu.