“Çelsi” klubu “Yuventus”un müdafiəçisini heyətinə qatmaq istəyir
“Yuventus” klubunun sol cinah müdafiəçisi Aleks Sandro “Çelsi”nin maraq dairəsinə düşüb.

London təmsilçisi 26 yaşlı braziliyalını mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.

“Çelsi”nin baş məşqçisi Antonio Konte İtaliya A seriyasında Sandoronun “İnter”ə qarşı oyununu stadiondan izləyib.

Futbolçu 2015-ci ildə “Portu”dan 26 milyon avroya “Yuventus”a transfer olunub. Sandro ilə komanda arasında 2020-ci ilədək müqavilə imzalanıb. Hazırda braziliyalının transfer qiyməti 45 milyon avro dəyərləndirilir.

Cari mövsüm İtaliya çempionatında 20 oyunda meydana çıxan Sandro 1 qol vurub və 5 məhsuldar ötürmə edib.

Xəbər 579 dəfə oxundu.