Azərbaycan Avropa Triatlon Şurasının Baş Assambleyasında təmsil olunacaq
Fevralın 18-19-da Romada Avropa Triatlon Şurasının (ETU) Baş Assambleyası keçiriləcək.

Tədbirdə Azərbaycan Triatlon Federasiyasının prezidenti Azər Məhərrəmov və baş katib Cavad Axundzadə iştirak edəcəklər.

Baş Assambleya çərçivəsində ETU-nun idarə heyətinin üzvləri müəyyən olunacaq.

A.Məhərrəmov ETU-nun komissiya üzvüdür. Həmin komissiya marketinq, KİV ilə əlaqə, kommunikasiya, ümumilikdə triatlonun inkişafı istiqamətləri üzrə fəaliyyət göstərir

Xəbər 457 dəfə oxundu.