Azərbaycan Həndbol Federasiyasının nümayəndələri paytaxtda və regionlarda görüşlər keçiriblər
Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov, baş katibi Yusif Atakişiyev və idman şöbəsinin müdiri İsgəndər Əsgərov Bakıda və regionlarda həndbol idman növünün durumu, bu sahədəki problemlər, uşaq və gənclər məktəblərinin mövcud vəziyyəti ilə bağlı görüşlər keçiriblər.

Əvvəlcə paytaxtda ixtisaslaşmış həndbol məktəblərinə baxış keçirilib. Sonra Qazax Olimpiya İdman Kompleksinin rəhbərliyi və rayonda həndbol üzrə fəaliyyət göstərən məşqçilərlə ətraflı müzakirələr aparılıb, təkliflər dinlənilib.

Sonra Gəncədə Azərbaycan Texnologiya Universitetinin idman kompleksindəki şəraitlə və həndbol məşqləri ilə tanış olublar.

Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin də bazasına baxış keçirilib. Federasiya rəsmiləri yeni yaradılmış “Nur” həndbol komandası ilə tanış olub, məşq prosesini izləyiblər.

Növbəti həftə Şirvan şəhərinə, İsmayıllı və Şamaxı rayonlarına səfərlər planlaşdırılır.

Xəbər 633 dəfə oxundu.