Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq xərcləri artırılıb
2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq xərcləri artırılıb.

Turnirin büdcəsinə 19,1 milyard rubl (323 milyon 813 min 515 dollar) əlavə olunub.

Rusiya hökumətinin hüquqi informasiya portalında yer alan xəbərdə qeyd olunur ki, xərclər 619 milyard 670,5 milyondan 638 milyard 842,6 milyon rubla qədər artırılıb.

Qeyd edək ki, “DÇ-2018”in oyunları 14 iyundan 15 iyuladək Rusiyanın 11 şəhərində keçiriləcək.

Xəbər 668 dəfə oxundu.