Voleybolçular arasında İtaliya A seriyasında XV turun oyunları baş tutub
Qadın voleybolçular arasında İtaliya A seriyasında XV turun oyunları baş tutub.

Millimizin üzvü Odina Bayramovanın şərəfini qoruduğu “Firenze” “Montsa”nın qonağı olub.

Təmsilçimizin komandası qarşılaşmanı qələbə ilə başa vurub. “Firenze” ilk setdə uduzsa da, yekunda 3 xal qazanıb – 3:1 (23:25, 27:25, 25:22, 25:23).

Bayramova oyunda 8 dəqiq zərbə ilə fərqlənib.Bu qələbə “Firenze”nin turnir cədvəlində 9-cu yerdə qalması ilə nəticələnib. Onlar ən yaxın izləyiciləri “Montsa”nı artıq 5 xal qabaqlayırlar. “Firenze” 15 görüşdən 17 xal toplayıb.

Xəbər 650 dəfə oxundu.