«Pro» kateqoriyalı məşqçi kurslarının imtahanları
Bakıda UEFA-nın «Pro» kateqoriyalı məşqçi kurslarının imtahanlarının birinci mərhələsi keçirilir. İdman.com.az saytının məlumatına görə, AFFA tərəfindən keçirilən imtahanlarda praktikanın qiymətləndirməsi gerçəkləşir. Martın 5-də start götürən sınaqlar AFFA-nın Futbol Akademiyasında keçirilir. Kurslara almaniyalı Erik Rütemöller və isveçrəli Dani Rayser rəhbərlik edir.

Xəbər 1050 dəfə oxundu.