Ağır atletika yarışlarının birinci seçmə mərhələsi başa çatıb
Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının birinci seçmə mərhələsinə yekun vurulub.

Son olaraq fevralın 1-2-də Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Şəki və Qaxı təmsil edən 150-yə yaxın atlet körpücük üzərinə çıxıblar.

Yarışların təşkilində məqsəd regionlarda atletlərin hazırlıq vəziyyətinin yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Xəbər 831 dəfə oxundu.