“Telekom” voleybol komandası turnir cədvəlində liderliyini davam etdirir
Fevralın 3-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası çərçivəsində daha bir oyun keçirilib.

Azərbaycan Voleybol Mərkəzində “Azərreyl” komandası “Telekom” ilə qarşılaşıb.

Çempionlar Liqası yarışlarında ölkəmizi təmsil edən komandaların duelindən “Telekom” komandası 3:2 hesablı qələbə ilə ayrılıb.

Hesabındakı xalların sayını 26-ya çatdıran “Telekom” komandası turnir cədvəlində liderliyini davam etdirir. “Azərreyl” 20 xalla ikinci, “Azəryol” isə 16 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər 651 dəfə oxundu.