“Azəryol” voleybol komandası “Lokomotiv”ə qalib gəlib
Fevralın 3-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası çərçivəsində növbəti oyun keçirilib.

Azərbaycan Voleybol Mərkəzində “Lokomotiv” komandası “Azəryol”u qəbul edib.

Görüş “Azəryol”un 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabında 24 xal olan “Telekom” turnir cədvəlində liderliyini davam etdirir. “Azərreyl” 19 xalla ikinci, “Azəryol” isə 16 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər 724 dəfə oxundu.