Şahmat üzrə Bakı birinciliyinə yekun vurulub
Respublika Şahmat Mərkəzində 2001–2002-ci il təvəllüdlü oğlanlar və qızlar arasında şahmat üzrə Bakı birinciliyi keçirilib.

Yarışda 7 klubu təmsil edən 40 şahmatçı birincilik uğrunda mübarizə aparıb.

Oğlanların yarışında İsmayıl İsmayılzadə birinci, Teymuraz Axundov ikinci, Fərid Aslanov isə üçüncü olublar. Qızların arasında Fidan Əlizadə qızıl, Nərgiz Heybətova gümüş, Vəfa Əlibəyova bürünc medal qazanıblar. Qızlar arasında mükafatçılarla yanaşı, dördüncü yeri tutmuş Zəhra Davudova da martın 16-da keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıb.

Tədbirin bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator – kuratoru Salman Əbdülov və yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.

Yarışda ilk üç yeri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Xəbər 699 dəfə oxundu.