Cüdo idman növü üzrə ənənəvi “Alpe Adrea” beynəlxalq turnir keçirilib
İtaliyanın Liqnano şəhərində cüdo idman növü üzrə ənənəvi “Alpe Adrea” beynəlxalq turnir keçirilib.

Azərbaycanın yığma komandasının da iştirak etdiyi bu turnirdə Avropanın müxtəlif ölkələrindən mindən artıq cüdoçu mübarizə aparıb.

İki gün davam edən turnirin nəticələrinə əsasən, Təhsil Nazirliyinin 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri yüksək nəticələr qazanıblar. Hacı Musayev, Naim Hüseynov 55 və 81 kiloqram çəki dərəcələrində qızıl, Tofiq Məmmədov və Samir Məmmədov 60 və 81 kiloqram çəki dərəcələrində bürünc medal qazanıblar.

Xəbər 738 dəfə oxundu.