Abramoviç Lövlə görüşüb
Növbəti dəfə etibar etdiyi məşqçini yollayan Roman Abramoviç ertəsi gün «Çelsi»nin oyunçuları ilə görüşdü. İdman.com.az saytının məlumatına görə, futbolçularla çox sərt danışan iş adamı onları gənc məşqçinin iflasında günahlandırdı.

«Çelsi»nin sahibi oyunçulara bildirdi ki, bundan sonra klubda öz gələcəkləri üçün oynayacaqlar. Hələliksə, onlar ötən il Vİllaş Boaşa məcburi köməkçi qoydurulmuş Roberto Di Matteonun rəhbərliyi altında öz gələcəklərini müəyyənləşdirməli olacaqlar.

Abramoviçin bu gün Cenevrədə Almaniya yığmasının baş məşqçisi Yoahim Lövlə görüşüb. 52 yaşlı mütəxəssisə London klubunu Avro-2012-dən sonra çalışdırmaq təklif edilib.

Xəbər 877 dəfə oxundu.