Azərbaycan Həndbol Federasiyasında iclas keçirilib
Fevralın 2-də Azərbaycan Həndbol Federasiyasında (AHF) 2016-2017-ci illər üzrə respublika çempionatına hazırlıq, çempionatın təşkili məsələləri ilə bağlı iclas keçirilib.

İclasda federasiya və hakimlər kollegiyasının üzvləri, idman şöbəsinin əməkdaşları, komandaların baş məşqçiləri iştirak ediblər.

İclas zamanı 2016-2017-ci illər üzrə respublika çempionatının I dövrəsinin keçiriləcəyi tarix və məkan barədə məlumat verilib. Bildirilib ki, fevralın 17-də start götürəcək yarışlar “ABU Arena”da keçiriləcək. Həmçinin iştirak edəcək qadın və kişi komandaların adları açıqlanıb. Ümumilikdə 4 qadın (Azəryol, Nur, Qarabağ, Gənclərbirliyi) və eyni sayda kişi (Təhsil, Məhsul, RİOEUGİM 2 saylı, Nəsimi 12 saylı) komandaların çıxış edəcəyi qeyd olunub.

Xəbər 800 dəfə oxundu.