Demba Ba yenidən “Beşiktaş”da
Çinin “Şanxay Şenxua” klubunun futbolçusu Demba Banın “Beşiktaş”a keçidi rəsmiləşib.

İstanbul təmsilçisi sabiq futbolçusunu icarəyə götürüb.

Seneqallı hücumçu mövsümün sonunadək “Beşiktaş”da çıxış edəcək.

Qeyd edək ki, 2014-cü ildə “Çelsi”dən transfer olunan 31 yaşlı futbolçu 2015-ci ildə Çin klubuna satılıb. O, “qara qartallar”ın heyətində 44 oyuna 27 qol vurub.

Xəbər 681 dəfə oxundu.