Binəqədidə “Gənclər günü” münasibətilə şahmat üzrə turnir keçirilib
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “02-Fevral Azərbaycan Gəncləri günü”nün qeyd edilməsi ilə bağlı müvafiq Sərəncamının icrasına uyğun olaraq 27 yanvar 2017-ci il tarixdə Binəqədi rayonu Gənclər evində Binəqədi rayon Gənclər və İdman İdarəsi və Bakı şəhəri 3 №-li Uşaq Gənclər Şahmat İdman Məktəbinin birgə təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında “Şahmat” idman növü üzrə təsnifat turnirinə start verilib.

Turnirin açılış mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və 3 №-li Uşaq Gənclər Şahmat İdman Məktəbinin direktoru Natiq Məmmədov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar. İntellektual idman növü olan şahmata Binəqədi rayonunda böyük maraq olduğunu qeyd edən Qüdsi Bayramov uşaq, yeniyetmə və gənclər arasında mütəmadi olaraq şahmat yarışlarının, kursların təşkil olunduğunu, rayonun şahmatçılarının yerli və beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazandığını nəzərə çatdırıb.

Qeyd edək ki, turnirdə II, III və IV dərəcələr üzrə ümumilikdə 179 nəfər şahmatçı iştirak edib. 01 fevral 2017-ci il tarixdə turnirin bağlanış mərasimi baş tutub. Qaliblər diplom və medallarla təltif ediliblər.

Xəbər 1325 dəfə oxundu.