“Kəpəz” – “Zirə” oyununun yeri dəyişdirildi
Ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, Peşəkar Futbol Liqası Topaz Premyer Liqasının XVI turu ilə bağlı dəyişiklik edib. Belə ki, turun “Kəpəz” – “Zirə” görüşü Gəncə şəhər stadionunun durumu ilə əlaqədar olaraq Zirə İdman Kompleksində baş tutacaq. Topaz Premyer Liqasının IV dövrəsinin “Zirə” – “Kəpəz” oyunu “Kəpəz” – “Zirə” görüşü kimi qeydə alınacaq.

Xəbər 692 dəfə oxundu.