Qadın həndbolçularımız “Kram Start Elblag” klubu ilə oyuna hazırlaşır
Bakının “ABU” həndbol komandası Polşanın “Kram Start Elblag” klubu ilə görüşəcək.

Qadın həndbolçulardan ibarət “ABU” komandası fevralın 10-11-də Polşanın Elblak şəhərində yerli “Kram Start Elblag” komandası ilə görüşəcək. Nəzərdə tutulan oyun Avropa Həndbol Federasiyasının keçirdiyi “Challenge Cup” turnirinin səkkizdəbir final mərhələsi çərçivəsində reallaşacaq.

Qeyd edək ki, əvvəlki mərhələdə həndbolçularımız Belçikanın “Femina Vise” komandasına qalib gəlib.

Xəbər 742 dəfə oxundu.