Olimpiyaçılarımız özlərini doğruldur
“Sərhədçi” Olimpiya-İdman Mərkəzində start götürmüş “Böyük İpək Yolu” beynəlxalq turnirinin ilk gününün nticələri bəlli olub. Boks federasiyasının mətbuat xidmətindən idman.com.az saytına verilən xəbərə görə, London olimpiadasına lisenziya qazanan 5 boksçumuzdan yalnız Teymur Məmmədov zədə səbəbindən yarışda iştirak etmir. Yarışın ilk günündə olimpiya oyunlarına vəsiqə qazanan 3 həmyerlimiz rinqə çıxıb. 52 kq çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə ölkə çempionatının gümüş mükafatçısı Kamran Orucovu 19:7 hesabı ilə məğlub edib. Digər iki boksçumuz isə vaxtından əvvəl qələbəni təmin edib.

Soltan Migitinov (75 kq) Qətəri təmsil edən Darbəy Aslanbəylə döyüşdə, bir raundda rəqibini 3 dəfə noqdauna saldığından, döyüş dayandırılıb. Dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) tam üstünlüklə Qazaxıstan nümayəndəsi Kanşibek Konkabayevi məğlubiyyət edib.

Dünya və Avropa çempionatlarının mükafatçısı Samir Məmmədov (56 kq) gənclər arasında dünya birinciliyinin qalibi Şaban Şahpələngova uduzub – 9:15. Uzun illər milli komandamızın lideri olmuş Emil Məhərrəmov (69 kq) isə Qətər boksçusu Xzam Əhməd Nabatı nokauta salıb.
52 kq çəki dərəcəsində bu il Azərbaycan çempionu olmuş Cavid Çələbiyev isə Qətərin digər təmsilçisi Nurlan Abjanova yenilərək, mübarizəni dayandırıb.

Xəbər 996 dəfə oxundu.