Qətər-Azərbaycan yoldaşlıq oyununun məkanı və vaxtı müəyyənləşib
Futbol üzrə Azərbaycan millisinin Qətər yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün məkanı və vaxtı müəyyənləşib.

Oyun martın 9-da Doha şəhərindəki “Jassim Ben Hamad” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə 20:00-da (yerli vaxtla 19:00) start götürəcək.

Oyun hər iki komanda üçün dünya çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır.

Xəbər 766 dəfə oxundu.