Beynəlxalq Cüdo Federasiyası yeni reytinq siyahısını açıqlayıb
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq siyahısını açıqlayıb.

Siyahı Azərbaycan millisinin aparıcı üzvləri üçün uğurlu olub.

Yığmamızın aparıcı cüdoçularının hamısı mövqelərini qoruyublar. Belə ki, Orxan Səfərov yenə 3-cü, İlqar Müşkiyev (hər ikisi 60 kq) 12-ci, Nicat Şıxəlizadə 9-cu, Tərlan Kərimov (hər ikisi 66 kq) 45-ci, Rüstəm Orucov (73 kq) 1-ci, Məmmədəli Mehdiyev (90 kq) 20-ci, Elmar Qasımov 1-ci, Elxan Məmmədov (hər ikisi 100 kq) 8-ci və Uşanqi Kokauri (100 kq-dan yuxarı) 17-ci pillədə yer alıblar.

Təmsilçilərimizdən yalnız Aişə Qurbanlı (48 kq) 1 rəqibini özündən irəli buraxıb. O, 41-ci yerə geriləyib.

Xəbər 894 dəfə oxundu.