Türkiyə pley-offunun şərtləri
Türkiyə Futbol Federasiyası 2011-2012 mövsümündə Spor Toto Superliqasında tətbiq olunacaq pley-off sisteminin təfərrüatı haqqında bir yazı dərc etdi. İdman.com.az saytının məlumatına görə, superliqa bu mövsüm 18 komanda arasında, 34 turluq liqa qrupu, 4 komandalı pley-off çempionluq qrupu, 4 komandalı pley-off Avropa Liqası qrupu və pley-offlar arası final müsabiqəsi şəklində oynanacaq.

34 həftəlik liqa qrupunun iki dövrəli yarışından sonra 16, 17 və 18. sıraları tutan 3 komanda 1-ci liqaya düşəcək. 4 komanda arasında iki dövrəli liqa üsulunda oynanacaq olan pley-off çempionluq qrupunu 1-ci sırada tamamlayacaq olan komanda Supeliqa çempionu olacaq. Pley-off müsabiqələrinə qatılmağa haqq qazanan komandalar qruplara liqa qrupunda əldə etdikləri xalların yarısı ilə başlayacaq. Əldə edilən xalın tam ədədli olmaması halında isə bu yarımçıq xal yuxarı yuvarlanacaq. Liqa qrupunda vurulan və buraxılan qollar qrup mərhələsində diqqətə alınmayacaq və 3 xallı sistem tətbiq olunacaq.

Pley-off qrupunda iki komandanın xal bərabərliyi halında, hesabı yuvarlandırılaraq artırılmış komanda alt sırada yer alacaq. Bu qayda vəziyyətə aydınlıq gətirməsə komandaların liqada və pley-off qruplarında öz aralarında oynadıqları cəmi 4 matçın xal üstünlüyünə baxılacaq. Bərabərlik davam etsə, qol fərqi nəzərdən keçiriləcək. Buna baxmayaraq, yenə bərabərlik sürsə, liqa qrupundakı xal sıralamasında üstdə olan komanda burada da üstdə olacaq.
Yeni qaydalara görə, pley-offda çempionluq qrupunu 1-ci sırada tamamlayan komanda Superliqa çempionu olaraq Çempionlar Liqasına birbaşa olaraq, liqa qrupunu 1-ci yerdə bitirən komanda isə Çempionlar Liqası seçmələrində iştirak edəcək.

Pley-off çempionluq qrupunu 4-cü sırada bitirən klub pley-off Avropa Liqası qrupunun 1-cisi ilə tək matçlı pley-offlar arası final qarşılaşmasında oynayacaq. Bu matç TFF tərəfindən təyin olunacaq bitərəf meydanda oynanılacaq və qalib gələn komanda UEFA Avropa Liqasına gedəcək.

Xəbər 850 dəfə oxundu.