“Kəpəz” bu gün məşqləri bərpa edir
Topaz Premyer Liqasının XVI turunda Gəncədə “Zirə” ilə oynayacaq “Kəpəz” bu gündən qarşıdakı matç üçün məşqlərə başlayacaq. “İnter” ilə görüşdən sonra bərpaedici proseduradan (sauna, baseyn, masaj) keçən komanda dünən istirahət edib.

“Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında məşq edəcək. Hazırlıq prosesi saat 11:00-da başlayacaq. Gəncə klubu fevralın 1-i və 2-si tarixlərində də eyni məkanda və eyni saatda məşqə çıxacaq.

Xəbər 890 dəfə oxundu.